Şou-biznes

“Netflix” ən bahalı filminin treylerini yayımladı - VİDEO

25 May 2022 13:07
0 Şərh     Baxış: 1 206
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Netflix" yayım xidməti özünün "YouTube" kanalında "The Grey Man" ("Boz adam") döyüş filminin ilk treylerini yayımlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, filmin rejissorları "Qisasçılar"ın dörd hissəsini çəkən Entoni və Co Russodur. Onlar həm də prodüser kimi çıxış ediblər.

Filmin süjeti amerikalı yazıçı Mark Qrininin əsəri əsasında qurulub. Əsərin qəhrəmanları bir vaxtlar Mərkəzi Kəşfiyyat İdarəsinin agenti olmuş, indi isə Boz Adam ləqəbli muzdlu qatil və onun keçmiş həmkarı Lloyd Hansendir. Baş rolları isə müvafi qolaraq Rayan Qoslin və Kris Evans canlandırırlar.

Ekran səsrinin büdcəsi 200 milyon dollar təşkil edib və bununla da o, "Netflix"in  ən bahalı layihəsi kimi tarixə düşüb.

Qeyd edək ki, filmin premyerası iyulun 22-də baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.