Şou-biznes

Nadir Ayanla əlaqəsindən danışdı: “Sevgi münasibətlərimi paylaşa bilərəm...”

19 May 2022 11:30
1 Şərh     Baxış: 2 378
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Kim necədirsə, elə də başa düşür. Mən ailəli adamam, bu günə kimi heç bir qadın ifaçı ilə sevgi münasibətim olmayıb və olmayacaq da".

Milli.Az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında müğənni Nadir Qafarzadə həmkarı Ayan Babakişiyeva ilə aralarında sevgi münasibətlərinin olması haqqında gəzən söz-söhbətə aydınlıq gətirərkən deyib. Sənətçi gəzən şaiyələrin hər birinin onun xeyrinə olduğunu bildirib:

"1993-cü ildə ailə qurmuşam, artıq 30 ildir ki, evliyəm. Mən səhnədə artistəm, həyatda adi insanam. Səhnədə qadın müğənniləri ilə sevgi münasibətlərimi paylaşa bilərəm. Bu da mahnı ilə əlaqədar, həyatda isə onun dostuyam. Biz dostuq, kim nə deyir-desin, bu gün məndən danışırlarsa, məni yaşadırlar, gündəmdə saxlayırlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.