Şou-biznes

Vasif Şəbnəmə dediklərinə görə peşman oldu

6 May 2022 10:52
2 Şərh     Baxış: 2 117
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Vasif Məhərrəmli müğənni Şəbnəm Qəhrəmanova ilə yaşadığı qalmaqaldan danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Tarixin bir günü" verilişində danışıb. O bildirib ki, ifaçının ünvanına dediyi "Ailə qurmayıb, uşağının atası kimdir" sözlərinə peşman olub:

"Kaş olmayaydı. Bilsəydim ki, köhnə videodur cavab verməzdim. Sonra bildim ki, 3 il əvvəlin müsahibəsidir".

V.Məhərrəmli Tarix Əliyevin (Tolik) "Amma Şəbnəm düz deyir, əlin bərkdir" sözlərinə "Əlim bərk deyil. Cibimə uyğun davranıram. Bir söz adama yapşmalıdır, yapışmayanda toxunur. Şəbnəm gərək danışanda diqqət etsin. Mən ailəmə, qohumlarıma baxıram" cavabını verib.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.