Müğənni Gülay Zeynallı uzun müddətdən sonra fotosessiya etdirib.
Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, sənətçi obyektiv qarşısına keçərək yeni şəkillər çəkdirib. Zeynallı həmin fotoları yeni layihəsi üçün etdirib.
Gülay tamam fərqli konseptdə lentə alınan şəkillərini sosial şəbəkə hesabında da paylaşıb. Onun yeni görüntüləri izləyiciləri tərəfindən maraqla qarşılanıb.
İfaçının fotolarının müəllifi Niko Abbasovdur.
Milli.Az