Şou-biznes

Məşhur serialın çəkiliş meydançasında qalmaqal

26 Aprel 2022 18:30
0 Şərh     Baxış: 1 096
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yakamoz S-245" serialının çəkiliş meydançasında qalmaqal yaşanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, iddiaların yaranmasına səbəb ekran işinin baş rollarından birini canlandıran aktrisa Özge Özpirincinin layihə ilə bağlı yeməyə qatılmaması səbəb olub.

Bildirilib ki, buna səbəb serialın prodüseri Onur Güvenatamın çəkiliş meydançasında baş verən hadisəyə görə Özgeni məhkəməyə verməsi olub. Şayiələrə görə, Özge çəkiliş zamanı ciddi problem yaradır: çəkilişlər uzanır, yarımçıq qalır, səhnələri planlaşdırılan gündə və yerdə çəkmək olmur.

Bütün bunların fonunda Onurla Özge ortaq yol tapa bilməyib. Nəticədə Onur aktrisanı məhkəməyə verib.

Qeyd edək ki, serialın baş rolunu Kıvanç Tatlıtuğ canlandırır. Ekran işi "Netflix"də yayımlanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.