Şou-biznes

Günay oğlu ilə qayınatasının dəfnində

25 Aprel 2022 16:12
0 Şərh     Baxış: 3 031
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva ötən günlərdə vəfat edən keçmiş qayınatası Tufan Karelin dəfninə qatılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi babası ilə vidalaşması üçün oğlu Cihangiri də ora aparıb. O, dəfndən fotoları sosial media hesabında paylaşıb.

Günay paylaşımına "Tufan əmi, nur içində yat. Gözəl yeməklər bişirirdiniz mənə, sizi elə xatırlayacağam. Məkanınız cənnət olsun" sözlərini yazıb.

Qeyd edək ki, G.Musayeva aktyor Tolqa Karellə evli olub. Atası vəfat edən Tolqa hazırda Amerikada yaşayır. O, ikinci dəfə ailə qurub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.