Şou-biznes

Bəhram Bağırzadə - "Ramazan ayında ancaq ibadətlə məşğul oluram"

21 Aprel 2022 18:36
5 Şərh     Baxış: 1 640
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son zamanlar cəmiyyətdə artan aqressivlik özünü yeniyetmə və azyaşlıların münasibətində də büruzə verir. Hətta bu aqressiyanın nəticəsi kimi zorakılıq, ağır qətl hadisələrinin baş verməsi ilə bağlı vaxtaşırı məlumatlar yayılır.  

Ötən gün 15 yaşlı oğlan küçədə anasını bıçaqla qətlə yetirdi. Bundan bir gün öncə Gəncədə məktəbli qız digər qız sinif yoldaşını bıçaqladı. 15 yaşlı qızın sinif yoldaşına boyun və kürək nahiyəsindən 2 zərbə vurduğu bildirildi.

Bəs bunun səbəbi nədir? Yeniyetmələr niyə aqressivləşib?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan Əməkdar artist, "Bakılı oğlanlar", "KVN" teatrının aktyoru Bəhram Bağırzadə Ramazan ayında bu tip xəbərləri oxumadığını bildirib:

"Mən bu tip xəbərləri oxumuram. Ümumiyyətlə, mən xəbərləri oxumuram. Ramazan ayında mən başqa işlərlə - ancaq ibadətlə məşğul oluram. İnsanlar Ramazan ayında ibadət etsəydilər, bu cür problemlər də olmazdı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.