Şou-biznes

Nazilə Fatiməni məhkəməyə verdi

8 Aprel 2022 17:06
3 Şərh     Baxış: 1 310
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şair Nazilə Səfərli rəqqasə Fatimə Fətəliyevanı məhkəməyə verib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, bu haqda "Səhər mərkəzi" proqramında deyib. O bildirib ki, Fatimədən həm də təzminat tələb edib:

"Ona şans verdim, gərək üzr istəyərdi. Elə də, belə də üzr istəyəcək. Üstəlik təzminat da ödəyəcək. Yaxşı təzminat istəmişəm. Soğan yeməmisən için niyə göynəyir? Səhifə mənimdir, ürəyim istəyib monoloq yazmışam. Niyə özünə götürmüsən?".

Qeyd edək ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla" sözlər səbəb olub. Ondan sonra Fatimə bu sözlərin ona aid olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory