Şou-biznes

"Oskar" mükafatlı rejissor tələbəsindən oğurluq edib

6 Aprel 2022 13:06
0 Şərh     Baxış: 624
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda məhkəmə iki dəfə "Oskar" mükafatı almış iranlı rejissor Əsgər Fərhadini plagiatda təqsirli bilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "The Hollywood Reporter" məlumat yayıb. Məhkəmə rejissorun "Qəhrəman" adlı filminin ideyasını tələbələrindən birindən götürdüyünə qərar verib.

Orijinal ideya müəllifi olan Azadə Məzizadə "Bütün qaliblər, bütün uduzanlar" qısametrajlı filmini təqdim edib. Rejissor isə layihənin süjetini buradan götürüb. O, titrlarda belə ideya müəllifi olaraq qızın adını çəkməyib.

Məhkəmə Fərhadiyə verilməli olan cəzanı hələlik müəyyən etməyib. İlkin olaraq filmin kinoteatrlarda və ya onlayn nümayişindən əldə edilən bütün gəlirlərinin əsl müəllifə verilməsi nəzərdə tutulur. Həmçinin, rejissor həbs cəzası ilə üzləşə bilər.

Qeyd edəkj ki, "Qəhrəman" ilk dəfə  ötən il Kann kinofestivalında nümayiş etdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.