Şou-biznes

Xatun onunla görüşmək istəyən Səidəni insanların içində itələdi

4 Aprel 2022 19:30
2 Şərh     Baxış: 2 034
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənnilər Xatun Əliyeva ilə Səidə Sultan küsülü imiş. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda "Şourum" verilişində bildirilib. Proqramda qonaq olan Səidə bu məlumatı təsdiqləyərək buna səbəb ifaçının stilist qardaşı Balaşın yas mərasiminə getməməsi olub:

"Mənə çatmır bu məsələlər: kimsə gəlib başsağlığı vermədi, küsüm. Allah Balaşa rəhmət eləsin. O, elə vaxt rəhmətə getdi ki, pandemiyanın çətin dövrü idi. Küçəyə çıxmağa imkan vermirdilər. Hətta köməkçisinə zəng etdim ki, gəlim. Onu bir yerdə gördüm, istədim yaxınlaşım görüşüm. Məni elə pis formada itələdi ki... Mən əlbəyaxa çıxmağı sevmirəm, o cür adamlara normal baxmıram. Adam sözlə sözünü deyər. Bu qız mənə qarşı qıcıq olub. Yasa getməməyim isə ona mənə əl atmağa imkan verdi. Ona necə lazımdı cavab verərəm, amma elə adamlarla söhbət etmək istəmirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.