Şou-biznes

Nigar Şabanovadan şəxsi həyatı ilə bağlı qadağa

26 Mart 2022 15:37
4 Şərh     Baxış: 1 773
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Nigar Şabanova "7 canlı" proqramında şəxsi həyatı ilə bağlı ünvanlanan suala əsəbiləşib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, xanəndə ona ünvanlanan "İlk evliliyin ailənin təkidi ilə olsa da, özünü xoşbəxt hiss etməməyin, narazılıq gətirib çıxardı Nigar öz seçimi ilə bir ailə həyatına imza atdı. Bu da çox danışıldı, söz-söhbəti belə reklam, gündəmdə qalmaq üçün edirsən dedilər" sözlərinə belə reaksiya verib: 

"Verilişə gedəndə əvvəlcədən şərt kəsirəm ki, ailə söhbət olmasın. Mövzu qapansın. Özəl heç nə danışmaq istəmirəm. Paylaşım edilir, çox sağ olsunlar, amma insanlar başqa yerə yozurlar. Xahiş edirəm ki, verilişə dəvət alıramsa, özəl heç nə olmasın". 

Hələ təqdim etmədiyi fotosessiyasından bəhs edən Nigar "Çərçivədən sıxıldım. Geyim seçməkdə çətinlik çəkirəm. Elnur Həsənova dedim ki, depressiyadayam, məni çıxart. Qarşımda fərqli Nigar görmək istəyirəm: qapanan yox, azadlığa çıxan qadın obrazı" sözlərini əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.