Ukraynanın Əməkdar artisti Svetlana Loboda vətəndaşlığından imtina etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında videomüraciət yayımlayıb və yazılanları təkzib edib.
"Mənim həmişə yalnız bir vətəndaşlığım olub, var və olacaq - o da Ukraynadır".
Həmçinin Loboda bildirib ki, insanlara kömək etmək üçün əlindən gələni edir:
"Gücüm çatanadək bunu edəcəyəm. Yanımda olanlara təşəkkür edirəm. Əsl qəhrəmanların arasında yaşayıram!"
Milli.Az