Ukrayna vətəndaşlığından imtina etdiyi deyilən əməkdar artist danışdı - FOTO

18 Mart 2022 13:06

Ukraynanın Əməkdar artisti Svetlana Loboda vətəndaşlığından imtina etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında videomüraciət yayımlayıb və yazılanları təkzib edib.

"Mənim həmişə yalnız bir vətəndaşlığım olub, var və olacaq - o da Ukraynadır".

Həmçinin Loboda bildirib ki, insanlara kömək etmək üçün əlindən gələni edir:

"Gücüm çatanadək bunu edəcəyəm. Yanımda olanlara təşəkkür edirəm. Əsl qəhrəmanların arasında yaşayıram!"

Milli.Az