Şou-biznes

Könül Xasıyevanı qızının toyuna niyə çağırmayıb?

14 Mart 2022 12:06
1 Şərh     Baxış: 1 364
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Gündə bir dəfə ymək yeyirəm. Onda da yarım dilim qara çörəklə. Kənardan baxanda elə bilirlər çox yeyənəm. Amma mən anam tərəfə oxşmışam: balacaboy və kök. Digər bacı-qardaşım atam tərəfə oxşayıb: arıü və hündürboy".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva "Zaurla Günaydın" proqramında deyib. Xanəndə artıqçəkili görünməsindən bəhs edib.

"İllərdir ad günü etmirəm. Kazım balaca tort alır, gətirir. Silsilə konsertlərim oldu, elə edirdim ki, tədbir doğum günümə düşsün. Həmişə tamaşaçılarla keçirmişəm və çox xoşbəxt olmuşam".

K.Xasıyeva Əməkdar artist Könül Kərimovadan danışıb. O bildirib ki, sinif yoldaşı olublar:

"Məni qızının toyuna çağırmadı. Qıymamışdı, amma düşündüm ki, ora getmək borcumdur. Oturub maşına Şəkidən gəldim toya. Mənim borcum idi. Könüllə elə sirrlərimizi bölüşmüşük ki...".

K.Kərimova isə "Onun toya gəldiyini eşidəndə pərt oldum. Dedim, mən qıymadım, o, özü gəldi. Könülü görəndə hönkür-hönkür ağladım" deyə, ona cavab verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.