Şou-biznes

"Rusların hamısı düşmənimiz deyil" - Mila Kunis

13 Mart 2022 18:42
0 Şərh     Baxış: 1 323
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur ulduz Mila Kunis Ukraynada yaşananlara münasibər bildirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, əslən Ukraynadan olan Kunis insanları rusları düşmən bilməməyə çağırıb. Bu haqda aktrisa Mariya Şrayverə müsahibəsində danışıb.

"Düşünürəm ki, rusların hamısını düşmən bilməməliyik. Bunu xüsusi vurğulamaq istəyirəm, çünki mediada bu haqda çox az danışılır: "Əgər sən bizimlə deyilsənsə, bizə qarşısan". İndi hamı bu fikrə köklənib. Amma düşünürəm ki, baş verənlərdə rus xalqının günahı yoxdur. Bu cür davranış xoşuma gəlmir. 

Ölkənin rəhbəri ilə vətəndaşı eyni deyil. Uşaqlıqdan ailəm Los-Ancelesə köçüb, buna görə özümü amerikalı hesab edirəm. Amma Ukraynada müharibə başlayandan sanki ürəyimdən bir parça qopub" deyə, Mila bildirib.

Qeyd edək ki, Kunis və həyat yoldaşı Eşton Katçer Ukraynadan qaçqın düşənlər üçün yardım ayırıblar. Onlar 3 milyon dollar verib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.