Şou-biznes

Məşhur qrupun solistinin intihar səbəbi bəlli oldu - FOTO

12 Mart 2022 14:12
0 Şərh     Baxış: 802
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın "Otpetıye moşenniki" qrupunun sabiq solisti Tom Xaosun (Vyaçeslav Zirunov) intiharının səbəbi bəlli olub. Onun hər şeydən bezdiyi üçün həyatına qəsd etdiyi bildirilir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qeyd edək ki, martın 10-na ifaçının iki müsahibəsi olmalı idi. Ancaq o çəkilişə getməyib. Bundan narahat olan bacısı qonşudan ona dəyməyi istəyib. Qapı bağlı, işıqlar isə söndürülmüş olduğundan qonşu pəncərəni sındıraraq içəri daxil olub və məşhur müğənninin asılmış bədəni ilə rastlaşıb.

Mərhumun telefonunda ölümqabağı məktubu tapılıb. Orada Tom Xaos hər şeydən bezdiyini etiraf edib.

Qeyd edək ki, Vyaçeslav Zinurov 1996-cı ildən "Otpetıye moşenniki"n üzvü olub. Qrup əsasən "Devuşki bıvayet raznıye", "A u reki", "Obratite vnimaniye", "Lyubi menya, lyubi" və s. kimi mahnılarla məşhur olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.