Şou-biznes

“Nə oldu? Bəs kimsə başqasının geyiminə qarışa bilməzdi?”

5 Mart 2022 15:18
1 Şərh     Baxış: 1 222
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin məşhur aktrisası Farah Zeynep Abdullahın rol aldığı "Bergen" filminin qalasındakı geyimi tənqidlərə məruz qalıb.  

Milli.Az olay-a istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri, imicmeykerlər sənətçinin obrazını bəyənməyib.  

Farah tvitterdə post paylaşaraq onu müzakirə edənlərə cavab verib.

O, bir zamanlar açıq-saçıq geyimlərini tənqid edənlərə qarşı çıxan izləyicilərə eyham vurub: "Nə oldu? Bəs kimsə başqasının geyiminə qarışa bilməzdi?"

Qeyd edək ki, bir müddət əvvəl Gülşen, Hande Yener kimi ulduzların səhnə libasları müzakirə olunmuş, bir çox mədəniyyət üzvləri onları tənqid etmişdi. Sosial şəbəkə istifadəçiləri isə insanların geyim seçimində azad olduqlarını bildirmişdilər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory