Şou-biznes

"Məni yığan ərimdir" - Şəbnəm Tovuzlu

24 Fevral 2022 13:18
6 Şərh     Baxış: 3 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Şəbnəm Tovuzlu həyat yoldaşı barədə növbəti dəfə açıqlama verib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi "10-da görüşək" proqramında qonaq olan ifaçı əvvəllər bədxərc olduğunu, daha sonra ərinin sayəsində bu vərdişindən azad olduğunu bildirib:

"Uşaqlıqdan hər zaman sevgi görmüşəm. Məndə xainlik yoxdur. Son illərdə  bir şeyin şahidi oldum. Deyirlər ki, kişinin arxasında yığcam bir qadın olmalıdır. Bu, bəzi kişilərə aiddir. Nə yaxşı ki, mənim arxamda güclü və tələbkar insan var. Məni yığan, nələrəsə sahib olmağımın səbəbkarı odur. Əvvəllər qazanırdım, pulun qədrini bilmirdim". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.