Şou-biznes

"Tinder fırıldaqçısı"nın yeni biznesi - Üç günə 30 min dollar

22 Fevral 2022 18:24
0 Şərh     Baxış: 1 399
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Netflix"in "Tinder fırıldaqçısı" sənədli filminin qəhrəmanı Saymon Levaev populyarlığından istifadə etmək qərarı alıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, əsl adı Şimon Yequda Hayut olan gənc dələduz video açıqcalar hazırlayaraq satmağa başlayıb. Saymon artıq üç gün ərzində 30 min dollar qazanıb.

"TMZ"nin məlumatına görə, o, biznes üçün video təbriklər və reklamlar satan saytlardan birində qeydiyyatdan keçib. Simonun çəkildiyi video açıqcanın qiyməti 200 dollardır. Lakin biznes reklamlar üçün Saymona 2 min dollar ödəniş etmək lazımdır.

O, həmçinin əyləncə sənayesində karyera qurmaq niyyətindədir. O, əvvəllər Hollivud agenti Gina Rodriguez ilə müqavilə imzalayıb. Bütün bunlarla yanaşı Saymon kitab yazmağa hazırlaşır.

Qeyd edək ki, Şimon özünü məşhur milyarder Saymon Lvaev kimi təqdim edərək qadınlardan pul alıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.