Şou-biznes

Kamil Gülaydan danışdı: "Ona qadağa etmişik" - VİDEO

22 Fevral 2022 19:12
Baxış: 2 450
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İdmançı Kamil Zeynallı həyat yoldaşı, müğənni Gülay Zeynallı barədə danışıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Kamil "Günün sədası" verilişində deyib: 

"Gülay hər şeyin yerini bilən sənətkar xanımdır. O bu gün sevilir. Hara gedirəmsə, deyirlər, Gülay xanım necədir? Bu da mənə xoşdur. Məşhur ola bilərsən, amma hər kəs tərəfindən sevilə bilməzsən. Az yaşından öz ayağı üstündə durmağı bacarıb. Onun üçün də fəxrdir ki, onun yanında mənim kimi kişi var".

Kamil qızına qoyduqları qadağadan da söz açıb: "Artıq qızım böyüyür. Onun məktəbi var. Onun tanınmağını istəmirik. Neçə vaxtdır onu sosial şəbəkədə paylaşmıram. Artıq efirlərə çıxartmayacağıq".

Gülay da fikirlərini açıqlayıb: "Xoşbəxt insanam ki, uşağımın atası Kamildir. Çünki Kamil övladına bağlı atadır. Qız uşağı mütləq atadan qorxmalıdır. Şükür edirəm ki, qızım ağıllı və tərbiyəlidir. İndi onunla şəkil çəkdirmək istəyəndə, deyir ki, istəmirəm. Biz də onun istəyinə hörmətlə yanaşırıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.