Şou-biznes

"Övladı ev alıb, mülk qoymaqla xoşbəxt etmək olmur" - Zamiq

21 Fevral 2022 09:30
0 Şərh     Baxış: 1 559
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Allahın yaratdığı canlıları sevin, onlara silah çəkməyin, ov adı ilə meşədəki heyvanları qırmayın. Günü-gündən fəlakətlər artır, dünya Allahın qəzəbinə tuş gəlib".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov sosial şəbəkədə yazıb. Oğlu və iti ilə fotolarını paylaşan sənətçi insanlara səslənib:

"Ey insan oğlu, etmə-eləmə! Allahın yaratdığı canlıları öldürmə, onları sev ki , qoy övladlarımız gələcəkdə, ruhu təmiz, firəvan, rahat, xoşbəxt yaşasın. Övladının gələcəyini fikirləşmək - ona ev almaq, mülk buraxmaqla xoşbəxt etmək demək deyil. Onun gələcəyini xoşbəxt etmək üçün ona yaxşı təhsil ver, canlılara hörməti, sevgi, dürüstlüyü, səbr etməyi öyrət. Bax, budur onların gələcəyi. İnan, o zaman sənə təşəkkür, ruhuna rəhmət oxuyacaqlar. Allahın yaratdığı bütün canlıları sev, qoy dünyamız gözəlləşsin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.