Şou-biznes

“Kişi evdən çıxdısa, sənin deyil” - Xuraman

17 Fevral 2022 12:30
6 Şərh     Baxış: 1 684
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qadın bəzən o qədər acıdil, təkəbbürlü olur, bəzən özü öz əlləri ilə yoldaşını itələyir. Bir də var ki, kişinin qanı xarabdır. Qadın nə etsə də, gözəl də olsa, kişi evdən çıxdısa, sənin deyil".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "MTV xəbər"ə müsahibəsində deyib.

"Qadınlar ailə quranda bilməlidir ki, kiminlə ailə qursun. Qısqancdırsa, ömrünün sonuna kimi eyni qalacaq. Elə şeylər var ki, dəyişilmir. Qadın var ki, deyir ki, ərim 40 yaşa kimi qısqandı, sonra yox. Belə hallar da var. Ya qadın qocaldı deyə qısqanmır və yaxud başı başqasına qarışır", - deyə o əlavə edib.

Şuşalı həyat yoldaşı ilə aralarında qısqanclıq olmadığını deyib: "Biruzə də vermir. Arada deyirəm ki, bu məni niyə qısqanmır? Çünki arxayındır. Mən çox qısqancam, görürəm ki, özümə ziyan verirəm. Deyir, kişinin qısqanmağı halal, qadında isə haramdır. Qadın qısqansa təkəbbür, kişidə isə qeyrətdən irəli gəlir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.