Şou-biznes

Azərbaycanlı rejissor "qanuni oğru"nu filmində çəkibmiş

16 Fevral 2022 18:48
0 Şərh     Baxış: 2 813
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu məşhur "Səhranın bəyaz günəşi" filmi ilə bağlı maraqlı bir məqam ortaya çıxıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Dağıstanın Kaspiysk şəhərində kino çəkilişləri zamanı aktyorların paltarları və filmin baş qəhrəmanı Suxovun saatı oğurlanıb. 

Bu vaxt rejissor Vladimir Motil yerli milisə müraciət edərək itən əşyaların tapılmasını tələb edib. Amma milisin cəhdləri heç bir fayda verməyib. 

Bundan sonra Vladimir Motil həmin şəhərdə Əli ləqəbli "qanuni oğru"ya müraciət etmək məcburiyyətində qalıb. Həmin vaxt Əli həmin şəhərin "nəzarətçi"si imiş. Nəhayət o, əşyaları tapıb və aktyorlara qaytarıb. Əvəzində isə Əlini həmin filmdə epizodik bir rola çəkiblər.    

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.