Şou-biznes

"Deyirlər qayınatasan, özünü yığışdır" - Nadir

15 Fevral 2022 20:42
1 Şərh     Baxış: 1 352
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Deyirlər artıq qayınatasan, özsünü yığışdır. Nə edim, artıq gedim, məni aparsınlar o dünyaya? Pozitiv insanam. İnsan özünü hansı yaşda hiss edirsə, yaşın da odur. Pozitiv insanlarla oturub-durmağı xoşlayıram".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Bağ havası" proqramında deyib. Sənətçi oğlunun toyundan danışıb. O bildirib ki, illərdi onun ansamblında çalışan musiqiçilər toydan qonorar alıblar:

"Toy ərəfəsində çox həyəcanlandım. Dərmanla yatıb-dururdum. Nə qədər insan məndən küsdü. İki zalda toy oldu. Musiqiçilərin bəzisi, Elton Hüseynəliyev təmənnasız gəlib çıxış etdi. Amma məndən pul güdən də var idi. Yuxarıda zalda oturan, illərdi musiqiçim olanlar qonorar istədi".

Qeyd edək ki, Nadirin oğlu Loğman dekabrda ailə qurub. O, Əntiqə adlı xanımla nikah masasına oturub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.