Şou-biznes

Xalq artistimiz Rusiyanın ən məşhur şousunda - VİDEO

14 Fevral 2022 16:44
1 Şərh     Baxış: 1 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sərxan Sərxan 30 il sonra onlarla Malaxovun şousunda görüşdü

Xalq artisti Sərxan Sərxan Andrey Malaxovun "Привет, Андрей!" şousunun qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Россия 1" kanalında yayımlanan proqramda müğənni sovet dövrünün məşhur vokal instumental ansamblı "Красные маки"nin solistləri ilə birlikdə yer alıb. O bildirib ki, 30 ilə yaxındır görüşmürlər.

S.Sərxan Andrey Malaxova onları bir araya gətirdiyi üçün təşəkkür edib. O, hər kəsə Azərbaycandan salamlar çatdırıb. 

Müğənni uşaqlığından danışaraq Bakıda avarçəkmə ilə məşğul olduğunu, daha sonra isə gitara ifaçılığına başladığını deyib:

"Bakı sovet dövrünə möhtəşəm ifaçılar bəxş edib:Rəşid Behbudov, Müslüm Maqomayev, Polad Bülbüloğlu".

S.Sərxan məşhur "Кружатся диски" mahnısını səsləndirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.