Türkiyəli aktyor Kıvanç Tatlıtuğun yeni layihəsi bəlli olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, rejissoru Onur Saylak, ssenari müəllifi Hakan Günday olan filmdə aktyor baş rolu canlandıracaq. Ekran işi "Ay yapım" tərəfindən çəkiləcək.
Bununla yanaşı ekran işində Kıvancın tərəf müqabili aktrisa Funda Eryiğit olacaq.
Qeyd edək ki, Funda sonuncu dəfə "Son yaz" serialında rol alıb.
Milli.Az