Şou-biznes

Zeynəb Xanlarovadan qaynanasını öldürən Əfsanə ilə bağlı açıqlama

3 Fevral 2022 14:42
10 Şərh     Baxış: 6 616
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Zeynəb Xanlarova ARB telekanalında yayımlanan "Səni axtarıram" proqramında canlı yayımda qaynanasını öldürdüyünü etiraf edən Əfsanə Məmmədova olayına münasibət bildirib.

O açıqlamasında əməkdar jurnalist Xoşqədəm Hidayətqızına dəstək olaraq qızlarını uşaq yaşında ailə qurmağa məcbur edən, təhsildən yayındıran valideyinlərə səslənib. Onları övladlarına ilk növbədə təhsil verməyə çağırıb.

Bunu manset.az-a açıqlamasında  Zeynəb Xanlarova açıqlamasında bildirib.

"Mən əziz xalqıma səslənirəm, uşaqlarınızı təhsilə yönəldin, onların öz ayaqları üzərində durmasına dəstək olun, qayğı göstərin. Qız uşaqlarının təhsil alması daha önəmlidir. Bir qadının təhsilli olması bir ailənin təhsilli olması deməkdir ki, cəmiyyət də ailələr üzərində qurulur."

Xalq artisti daha sonra açıqlamasında qeyd edib.

"Bir neçə gün qabaq Xoşqədəm xanımın verilişində olan hadisə, Əfsanənin başına gələnlər və törətdiyi faciələr. Bu məni çox sarsıtdı  Bunun əsas səbəbkarı valideyinlərdir. Qız uşaqlarını körpə yaşında evliliyə zorlamaq olmaz. Erkən yaşında evlilikdənsə, qızlarımızı oxumağa yönəltməliyik."

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.