Şou-biznes

15 milyonluq mirasını övladlığa götürdüyü bu şəxsə verəcək

2 Fevral 2022 05:44
0 Şərh     Baxış: 1 078
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Macar əsilli mərhum Hollivud ulduzu Ja Ja Qaborun sonuncu, 9-cu həyat yoldaşı Frederik Prins von Anhalt ölümündən sonra mirasını buraxa biləcəyi bir kimsəsi olmadığı üçün maraqlı addım atıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, şahzadə Frederik titulunu və 15 milyon funt-sterlinq dəyərində mirasını vəsiyyət edə bilmək üçün 27 yaşlı Kevin adlı alman əsilli oğlanı övladlığa götürüb.

Kevin şahzadənin dostunun oğludur və razılaşmaya əsasən, o, qocaldıqdan sonra edə bilmədiyi işləri görəcək, həmçinin xəstələnəndə və ömrünün son günlərində ona baxacaq.

Qeyd edək ki, Frederik özü də Almaniyada polis ailəsində dünyaya gəlib. O, 1979-cu ildə alman şahzadəsi Auguste von Anhalt tərəfindən övladlığa götürüldükdən sonra 35 yaşında şahzadə titulu alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.