"Başqa qadının yanından mənim yanıma gələcəksə, mütləq qisas alacağam"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Böyük qızım var artıq. Sevgi vacib bir şeydir. Amma mənə görə bir yaşdan sonra o digər yarını tapmaq çətinləşir. Yeri gəldi vurulum, aşiq olum, ay bu mənə vatsapda bir şey göndərsin ki, nə gözəlsiniz, nə gözəl gözləriniz var, yox. Qəlbimi fəth etmək çox çətindir. Zamanında fəth olundu... Bir azdan qızıma elçi gələcək. Bu həyatdır, heç vaxt yox deyə bilmərəm. Bəzən Allah elə bir anda qarşına sevgini çıxara bilər ki, təslim olarsan. Nə qədər davam edəcək, o ayrı məsələdir. Amma o həyəcan, içinin döyünməsi...".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı "Üzə-düz" proqramında deyib. Sevgi ilə bağlı sualları cavablandıran aparıcı qızından bəhs edib:
"Ölüm və doğum tarixi arasında bir xətt var. O xətti sən necə, hansı tərzdə yaşayırsan, bu sənə aiddir. Bacar yaxşı yaşa, xoşbəxt ol. Hər şeyi tanrının boynuna yükləmə. Kimsəyə görə həyatını qurban vermə. Mən xəyanətlə yaşaya bilmərəm. Başqa bir qadının yanından mənim yanıma gələcəksə, ya mən qisas alacağam mütləq, ya üz çevirib gedəcəm, ya da orda da kitabı bağlayacağıq. Xəyanətə qatlaşıb yaşayan qadınlar iqtisadi baxımdan ərlərindən asılıdırlar, uşaq naminə dözür. Təsəvvür edin, o qadın nə qədər əzab çəkir, özünü fəda edir. Əslində o qadına heykəl qoyulmalıdır. Yəni, özünə hörmət edən qadın əziyyət çəkəcək. Ya da kişi xəyanətini bildirməməlidir. Hansı kişi gəlib deyər ki, xəyanət etmişəm, bu çox gülməli olar. Bir məsələ də var. Mən deyə bilmərəm ki, xəyanət etməyən kişi yoxdur. Ömür boyu bir qadınla yaşayan, həyat yoldaşlarını sevən kişilər də var. Mən özüm isə heç nəyi unutmuram: nə yaxşılığı, nə pisliyi. Xəyanəti də unutmuram. Beynimin bir küncündə ilişib, qalır. Oyatmıram, etsəm, xoşagəlməz varlığa çevrilə bilərəm".
R.Ağasəfqızı nikahdankənar uşaq dünyaya gətirən qadınlara səslənib:
"Qadının nikahı, evi yoxdur, amma 5 uşaq dünyaya gətirib. Gəlir televiziyanın qarşısına deyir, mənə kömək edin. Axı o uşaqları yedirtmək, oxutmaq var. Uzaq başı sığınacaq üçün harasa müraciət edə bilərəm. Ailə quranda nikahsız bu addımı atmayın. Nikah sabah boşanmada alimentdir, ev bölgüsüdür. Uşağa məktəbdə lazım olur. Mental dəyərlər üçün lazımdır. Düzdür, indi vətəndaş nikahı ilə yaşayanlar da var, bu normaldır.
Hə, ola bilər ki, bir imkanlı şəxs çıxacaq sənə 3, 5 min kömək edəcək, uşağını müalicə olunacaq. Bununla iş bitmir... Bir çox verilişlər var ki, bunun üzərindən reytinq yığmaq üçün o qədər şoulaşdırırlar. İnsanlar da bunu anlamırlar, deyirlər, gedib filan verilişə çıxım, həll olunacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Yeni ulduz”un münsifəri və aparıcısı bəlli oldu
-
Alim Qasımov Üzeyirlə duetindən danışdı
-
Üzeyir Mehdizadə tənqidlərə cavab verdi - (Video)
-
Narkotikə görə saxlanılan Melis Sezenin aylıq gəliri üzə çıxdı - (Foto)
-
“Komedixana”nın aktyorlarının rəqsi gündəm oldu – (Video)
-
Azərbaycanlı aparıcı əri ilə fotosunu paylaşdı
XƏBƏR LENTİ
-
“Yeni ulduz”un münsifəri və aparıcısı bəlli oldu
-
Alim Qasımov Üzeyirlə duetindən danışdı
-
Lionel Messi Peleni geridə qoydu
-
Monitor AYNA-nın tədbirində aşıb?
-
Si Cinpin ABŞ-yə səfər edəcək
-
İcra başçısının birinci müavini vəzifəsindən azad edildi
-
Sabah Bakıda hava dəyişir: Külək, yağış - Proqnoz
-
Pensiya bu tarixdə ödəniləcək - Rəsmi
-
13 yaşadək uşaqlara sosial şəbəkə qadağası - Avropa nəyi dəyişir?
-
Ramiz Mehdiyevin məhkəməsi başladı - (Yenilənib)
-
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı - Məhsullar satışdan çıxarılır
-
İtaliyada da məktəblərdə niqab qadağan edildi
-
Qələbələr, rekordlar və unudulmaz anlar: Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot - (Foto)
-
Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş - (Yenilənib/Video)
-
Üzeyir Mehdizadə tənqidlərə cavab verdi - (Video)
-
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırdı - Səbəb
-
Bakıda nəhəng monitor qadının üstünə aşdı - (Video)
-
10 min manatlıq oğurluq edən şəxslər tutuldular
-
Məşhur supermodelin oğlu dünyasını dəyişdi - (Foto)
-
Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
-
“Şamaxinka”da avtobuslarla bağlı dəyişiklik - Bu marşrutlar dayanacaqdan çıxarılır
-
Narkotikə görə saxlanılan Melis Sezenin aylıq gəliri üzə çıxdı - (Foto)
-
Kadırov seçkidə 99,85 faiz səs topladı
-
Cəlilabadda itkin düşən şəxsin qətlə yetirildiyi üzə çıxdı - Şübhəli tutuldu





