Şou-biznes

“Qızım soruşur ki, saçın nə vaxt olacaq” - Tünzalə Əliyeva hər kəsi kövrəltdi

19 Yanvar 2022 11:48
2 Şərh     Baxış: 1 549
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ağciyər və sümüklərimdə törəmələr olduğu aşkarlandı. Mən də yenidən kimayterapiya qəbul etdim".

Milli.Az Olay-a istinadən xəbər verir ki, bu sözləri "Günün sədası" proqramına Əməkdar artist Tünzalə Əliyeva deyib. Aktrisa müalicələrinin davam etdiyini söyləyib:

"Gördük ki, təsiri az oldu, ona görə təkrar kimyaterapiya olundum. Sağalmaq ümidilə yaşayıram. Həkimlərimə inanıram, güvənirəm. Çalışıram ki, müalicə prosesinə dözüm. Bəzən vəziyətim ağır olanda, üzümü örtürəm. Küçəyə çıxanda çalışıram insanlara xəstə olduğumu bildirməyim. Qızım hər dəfə xəstəxanaya gedəndə deyir, belin düzələcək? Deyirəm hə bu gün düzələcək, sabah lap yaxşı olacaq. Soruşur ki, ana, nə vaxt saçın olacaq. Deyirəm, vitaminlər yeyəcəm, uzanacaq. Bu xəstəlikdir, gəlib-keçəcək, Sadəcə irəli getmək lazımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory