Şou-biznes

Britni Spirs onu “paranoyak” adlandıran bacısına qəzəbləndi - FOTO

15 Yanvar 2022 13:00
0 Şərh     Baxış: 481

Müğənni Britni Spirs kiçik bacısı Ceymi Lin Spirsin "Sabahın xeyir, Amerika" şousundakı çıxışına qəzəblənib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sənətçi "Twitter"də onu tənqid edib.

Özünün avtobioqrafik kitabını təqdim edən Ceymi Lin əvvəlcə böyük bacısına heyran olduğunu bildirib. Lakin daha sonra onun davranışındakı dəyişikliyi "paranoidal" adlandırıb. Bu söz müğənnini hiddətləndirib. O, bacısını ikiüzlülükdə və onun adı hesabına kitab satışını yaxşılaşdırmaq istəyində ittiham edib.

"O, 15 il ərzində heç vaxt yanımda olmayıb... Əgər kitabı mənim hesabıma satmaq istəmirsə, niyə bu barədə danışsın?" - deyə ifaçı bildirib.

Ceymi Lin də öz növbəsində "Instagram"da Britninin tənqidinə geniş bir yazı ilə cavab verib və ona qarşı irəli sürülən ittihamları yalan adlandırıb. Kişik bacı buna görə özü və ailəsinin təhdidlər almağa başladığını qeyd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.