Şou-biznes

Toya yarıçılpaq halda gedən model: “Gəlindən icazə almışdım” - FOTO

12 Yanvar 2022 11:42
0 Şərh     Baxış: 2 441
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Supermodel Kendall Cennerin noyabrda yaxın rəfiqəsi Lauren Perez və David Valtzerin toyunda geyindiyi qara libas aradan uzun müddət keçsə də müzakirə olunur.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, 26 yaşlı modelin "Mônot" imzalı donundakı dərin yarıqlarla gəlini arxa planda qoymaqda ittiham olunub.
Perezin "2021-ci ilin ən böyük gecəsi" başlığı ilə paylaşdığı fotolar Kendalın yenidən tənqidlərlə üzləşməsinə səbəb olub.

Rəylərin ardından Perez rəfiqəsinin bu geyimlə çox gözəl göründüyünü vurğulayıb. Kendal özü isə Laureni işarələyərək "Təbii ki, əvvəlcədən icazəni aldım" rəyini yazıb.
Daha sonra bəzi izləyicilər Kendalın lehinə fikirlər yazsa da, mübahisələrin artdığını görən Lauren Perez rəyləri bağlamaq məcburiyyətində qalıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.