Şou-biznes

Sevda həkim həyat yoldaşını çox qısqanır

5 Yanvar 2022 10:42
2 Şərh     Baxış: 3 105
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Sevda Yahyayeva və həkim həyat yoldaşı Zakir Bayramov maraqlı açıqlamaları ilə diqqət çəkib. 

Milli.Az Olay-a istinadən xəbər verir ki, "Gəl qonaq ol" proqramında qonaq olan cütlük şəxsi həyatları barədə verilən sualları cavablandırıb.

Z. Bayramov Sevdanın çox qısqanc olduğunu bildirib:

"Təbii ki, qısqanclıqlar olur.  Nə yaxşı ki, ifrat dərəcədə deyil. Sevdanın mənə qarşı qısqanc olması normadadır. Biz Sevda xanımla ruhən bir-birimizə bənzəyirik. Ailə qurandan sonra başa düşdük ki, çox uyğunuq. Sevda yanımdadırsa, özümü çox xoşbəxt hiss edirəm". 

Sevda isə həyat yoldaşının açıqlamasına "Mən də razılaşıram. Biz bir-birimizi tamamlayırıq. Bir il 3 aydır ki, ailə qurmuşuq. Çox sevinirəm ki, onun kimi bir insan qarşıma çıxıb",- deyərək əlavə edib.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.