Son zamanlar boşanacaqları ilə bağlı xəbərlərlə gündəmə gələn aktrisa Bensu Soral ilə həyat yoldaşı Hakan Baş birlikdə əyləndikləri anların fotosunu paylaşıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, cütlük arasındakı problemlər öz həllini tapıb. Onlar Yeni ili birlikdə Parisdə qarşılayıb.
Qeyd edək ki, bir müddət əvvəl evliliklərində problem yaşadıqlarını etiraf edən cütlük münasibətlərini qaydasına qoymaq üçün vaxta ehtiyacları olduğunu açıqlamışdı.
Milli.Az