Şou-biznes

Özündən 2-3 yaş böyük oğlanlar Elzanın başına İŞ AÇDILAR - VİDEO

27 Dekabr 2021 15:34
1 Şərh     Baxış: 1 797
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Elza Seyidcahan "Onun sirri" verilişində qonaq olub.

Milli.Az Metbuat.az-a istinadən xəbər verir ki, sənətçi proqramda uşaqlıq və gənclik illəri ilə bağlı etiraflar edib.

"Atam pul yollamırdı, anam süd alıb bişirirdi, ondan qatıq çalırdı. Anam bir dəfə dedi ki, bu qatıqları apar filankes xalaya ver. Balaca uşaq idim, yolda məndən 2-3 yaş böyük oğlanlar soruşdular nə aparırsan? Açıb qatığın üzünü yedilər. Ağlaya-ağlaya gəldim evə ki, anama nə deyəcəm. Baş verənləri danışdım, anam da qoşuldu mənimlə ağladı. Qatıq satmışıq, konservatoriyada oxuyanda anamın sifarişləri olurdu. Şəkərbura, qoğal, çudu bişiriridik. Gecə 3-ə qədər mahnı bəstələyirdim, səhər 6-da durub çuduları bükürdüm. Arzu edirəm ki, daha çox qatıq satım. Elə bir heyvandarlığım olsun ki, qatıqları çalım və özüm satım", - deyə E.Seyidcahan bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.