Şou-biznes

"Xəzər TV"dən ayrılan Zaur Murad barədə danışdı: "Ərizəmi yazdım..."

22 Dekabr 2021 16:42
7 Şərh     Baxış: 6 069
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Zaur Kamal "Xəzər TV"nin rəhbəri Xalq artisti Murad Dadaşovu ad günü münasibəti ilə təbrik edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, aparıcı "Həmin Zaur" verilişində bildirib ki, M.Dadaşovun rəhbərliyi altında olan "Xəzər" telekanalından öz ərizəsi ilə ayrılıb:

"Hamımız onu yaxşı tanıyırıq. Mənim də əvvəllər rəhbərim, müdirim olub. Çoxu elə bildi ki, mən oradan başqa səbəblərdən işdən çıxmışam. Amma mən ərizəmi yazdım. Amma bilirəm ki, mənim xətrimi çox istəyir. Mənim də ona hörmətim sonsuzdur. Murad Dadaşovun ad günüdür. Onu təbrik edirəm. Arzu edirəm ki, Allah verən ömrü istədiyiniz kimi yaşayasınız. 

Qeyd edək ki, Z.Kamal "Xəzər" telekanalında "5/5" və "Ay Zaur" verilişinin aparıcısı olub. O həmin TV-nin radiosunda da aparıcılıq edirdi. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.