Şou-biznes

Bunu Azərbaycanda ilk dəfə Aygün Kazımova etdi

17 Dekabr 2021 13:54
4 Şərh     Baxış: 2 298
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Aygün Kazımova yeni "Я в Нирване" adlı rus dilli albomunu dijital platformalarda təqdim edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, alboma Kazımovanın "Nirvana", "Oderjima", "Tarantino" kimi yeni mahnıları daxildir. Bununla yanaşı müğənninin bundan əvvəl sinql kimi işıq üzü görən Xalq artisti Emin Ağalarovla oxuduğu "Azərbaycan" və Filip Kirkorovla "Jan Azərbaycan!" duetləri də albomda yer alıb.

Məşhur "Sus" mahnısının rus dilində olan və "Pust" adlı versiyası da diskə daxil edilib.

Pop ulduzun yeni albomu üzərində beynəlxalq komanda çalışıb - azərbaycanlı musiqiçilərlə birlikdə rus və gürcü müəlliflər cəlb olunub, bəzi treklər yazılaraq xaricdə aranjiman edilib.

"Я в Нирване" Azərbaycanda innovativ Dolby Atmos səs formatında səslənən ilk albomdur. Altı trekdən ibarət diskin buraxılışı "SS-production" şirkətinin himayəsi altında "BEAT Music" etiketində baş tutub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory