Şou-biznes

Sevgilisinin dəfninə qatıla bilmədi - FOTO

16 Dekabr 2021 16:06
0 Şərh     Baxış: 1 039
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Gülçin Ergülün iki gün əvvəl dəhşətli qəzada vəfat edən sevgilisi Erdal Şeyda Lafçı dəfn olunub.

Milli.Az olay-a istinadən xəbər verir ki, mərhum İzmirdə torpağa tapşırılıb. Mərasimdə Lafçının ailə üzvləri, dostları və iş yoldaşları iştirak edib. Lakin Gülçin müalicəsi davam etdiyi üçün mərasimə qatıla bilməyib.

Bununla yanaşı, sənət aləmindən yalnız İrem Dericinin cənazəyə çələng göndərməsi diqqətdən qaçmayıb.

Qeyd edək ki, avtomobil qəzası Balıkesir şəhərində baş verib. Cütlüyün avtomobili yük maşını ilə toqquşub. Gülçin yaralanaraq xəstəxanaya yerləşdirilsə də, Erdal yerindəcə dünyasını dəyişib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.