Şou-biznes

“Həqiqətləri yalnız mən deyə bilərəm”

15 Dekabr 2021 09:24
5 Şərh     Baxış: 1 853
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Mətanət İsgəndərli oğlu Kərimin nişanlanması xəbərlərinə münasibət bildirib.

Milli.Az Olay-a istinadən xəbər verir ki, bu barədə o, "10-da görüşək" verilişində danışıb. Müğənni deyib ki, xoş xəbərləri yalnız özü verə bilər:

"Həqiqətləri ancaq mən deyə bilərəm. O da lazım bilsəm. Bu fotolar hələ nəsə demək deyil. Yəni mən xəbər verəcəm. O qədər eyni adda adamlar var ki... Bir odur? Bu bir təsadüfdür. Məsələn, bacımın qızının evində də nişan olub".

Qeyd edək ki, bu gün M. İsgəndirlinin oğlu Kərimin ikinci dəfə evliliyə hazırlaşması barədə onun eks-gəlini Canana məlumat yayıb. O, bir neçə foto paylaşaraq sənətçinin oğlu üçün elçi getdiyini iddia edib. Fotolardakı tortun üzərində "Qızınız Ayseli oğlumuz Kərimə istəməyə gəlmişik" sözləri yazılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.