Şou-biznes

"İstəmirəm mənimlə bağlı dedi-qodular çıxsın" - Məleykə Əsədova

7 Dekabr 2021 04:33
1 Şərh     Baxış: 1 350
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Allah bizi nəzərdən, nəfsdən qorusun. Əsas sağlam can olsun. Allah mərdimazardan qorusun, çox qorxuludurlar. Uzun müddətdən sonra səhnəyə çıxıram. İstəmirəm mənimlə bağlı dedi-qodular, mənasız xəbərlər çıxsın, danışılsın. Ancaq səhnə fəaliyyətimdən danışılsın istəmişəm".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova instaqramda canlı yayımda olarkən deyib. Ayağından əməliyyat olunan aktrisa uzun müddət səhnəyə çıxa bilməməsindən danışıb.

Pandemiyadan sonra ilk dəfə tetarda tamaşada rol alan Əsədova daha sonra bunları əlavə edib:

"İlyas Əfəndiyevin "Mənim günahım" tamaşasında Nurcahan ilə səhnəyə çıxdım. Səhnə, işıqlar, tamaşaçı alqışı ücün darıxmışdım. Həmişəki kimi zal dolu idi. Tamaşacılarımla, pərəstişkarlarımla görüşmək məni bir daha səhnəyə bağladı. Səhnə ücün doğulmuşam. Nə yaxşı ki, varımsınız, məni alqışlayan, sevən tamaşaçılarım... Allah sizləri var etsin. Mənə sağlam can və istedad verdiyi, məni səhnənin "Məlakəsi" etdiyi üçün Allahıma sonsuz təşəkkürlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.