Seriallar

“Mucize doktor”da gözlənilməz dəyişiklik

9 Mart 2021 17:49
Baxış: 1 107
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə uzun müddətdir yayımlanan "Mucize doktor" serialında gözlənilməz dəyişiklik baş verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işinin rejissoru Aytaç Çiçek layihədən ayrılmaq qərarına gəlib. Buna səbəb Çiçeyin artıq yeni layihələrlə məşğul olması və ekran işinə vaxt ayıra bilməməsidir. 

Onun yerinə seriala Yağız Alp Akaydın gəlib. 54-cü bölümdən etibarən "Mucize doktor"un rejissorluğunu o, öhdəsinə götürəcək.

Qeyd edəki, ekran əsərinin rollarında Taner Ölmez, Onur Tuna və Sinem Ünsal kimi aktyorlar çəkiliblər.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.