Türkiyədə uzun müddətdir yayımlanan "Mucize doktor" serialında gözlənilməz dəyişiklik baş verib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işinin rejissoru Aytaç Çiçek layihədən ayrılmaq qərarına gəlib. Buna səbəb Çiçeyin artıq yeni layihələrlə məşğul olması və ekran işinə vaxt ayıra bilməməsidir.
Onun yerinə seriala Yağız Alp Akaydın gəlib. 54-cü bölümdən etibarən "Mucize doktor"un rejissorluğunu o, öhdəsinə götürəcək.
Qeyd edəki, ekran əsərinin rollarında Taner Ölmez, Onur Tuna və Sinem Ünsal kimi aktyorlar çəkiliblər.
Milli.Az