Seriallar

“Con Snou” serialın bitməsindən depressiyaya düşdü, xəstəxanalıq oldu

29 May 2019 09:52
1 Şərh     Baxış: 1 371
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Populyar "Taxt Oyunları" fentezi serialında Con Snou rolunu oynamış Kit Harrinqton finaldan sonra reabilitasiya klinikasına yerləşdirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb.

Bir sıra mənbələrin iddiasına görə, 32 yaşlı aktyor elit "Prive-Swiss" klinikasında serialın başa çatması ilə əlaqədar düşdüyü depressiya, stress, taqətsizlik və alkoqolizmdən müalicə olunur. Serialın çəkilişlərinin yekunlaşması aktyora pis təsir göstərib.

Həkimlər onu psixoloji treninqlərə, koqnitiv-davranış terapiyası və meditasiya kurslarına yazdırıb. Serialda onunla birgə çəkilmiş həyat yoldaşı Rouz Leslinin hazırda ərinin yanında olduğu bildirilir.

Klinikada müalicə xərcləri 120 min dollara yaxındır.

Bundan əvvəl sosial şəbəkədə aktyorların "Taxt oyunları" serialının ssenarinin sonluğu ilə tanışlığını əks etdirən videoçarx yayılmışdı.

Həmin videoçarxda şounun sonluğuna Harrinqtonun necə emosional reaksiya göstərdiyi və göz yaşını saxlaya bilmədiyi açıq-aydın görünürdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.