Yayda günəş altında satılan məhsulları almayın - Səbəb çox ciddidir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yay mövsümündə marketlərin vitrinlərində və küçə ticarətində birbaşa günəş şüası altında saxlanılan qida məhsulları istehlakçılarda narahatlıq yaradır.
Bəs, hansı məhsullar günəş şüasına daha həssasdır və alıcılar nələrə diqqət etməlidir?
Qida eksperti Fərid Səfərov Milli.Az-a açıqlamasında bildirib ki, bəzi qida məhsullarının uzun müddət günəş şüasına məruz qalması onların keyfiyyətinə və təhlükəsizliyinə mənfi təsir göstərə bilər.
Ekspertin sözlərinə görə, günəş işığı həm istilik yaradır, həm də ultrabənövşəyi (UV) şüalar vasitəsilə məhsulun tərkibində müəyyən dəyişikliklərə səbəb olur:
"Xüsusilə bitki yağları, süd məhsulları, sərinləşdirici içkilər, şirələr, vitaminlərlə zəngin məhsullar və şəffaf qablaşdırmada satılan qidalar günəş işığından daha çox təsirlənir. Bu zaman bəzi vitaminlər parçalanır, yağlarda oksidləşmə sürətlənir, dad və qoxuda dəyişikliklər yarana bilər. Bəzi hallarda isə məhsulun saxlama müddəti qısalır".
Qida eksperti vurğulayıb ki, riskin səviyyəsi məhsulun növündən, qablaşdırmasından və günəş altında qalma müddətindən asılıdır. Onun sözlərinə görə, bir neçə dəqiqəlik məruz qalma ciddi problem yaratmasa da, saatlarla və ya günlərlə birbaşa günəş altında saxlanılan məhsullarda keyfiyyət itkisi daha çox müşahidə olunur.
F.Səfərov istehlakçılara alış-veriş zamanı birbaşa vitrində günəş alan yerlərdə saxlanılan məhsullara diqqət yetirməyi, qablaşdırmada rəng dəyişiklikləri, şişmə və ya digər anormal əlamətlərin olub-olmadığını yoxlamağı tövsiyə edib.
O əlavə edib ki, marketlər qidaların istehsalçı tərəfindən tövsiyə olunan temperatur və işıq şəraitində saxlanmasını təmin etməlidirlər:
"Günəş şüasına məruz qalan hər məhsul avtomatik olaraq təhlükəli hesab olunmasa da, bu amil qidanın keyfiyyətini azalda və bəzi hallarda təhlükəsizlik risklərini artıra bilər. Buna görə də qidaların birbaşa günəş işığından qorunaraq saxlanılması ən doğru yanaşmadır".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Pis vərdişlərdən uzaqlaşdım, 9 kiloqram arıqladım" - İbrahim Borçalı
-
Həm avtomobillərindən, həm də pullarından oldular - (Video)
-
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
-
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
-
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
-
İlyas Yalçıntaş sərbəst buraxıldı
-
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
-
Türkiyə Heydər Əliyev parkı ilə bağlı yayılan məlumatları təkzib etdi
-
Bakıda torpaq sahələri bahalaşdı
-
Natiq Nağıyev vəzifəsindən azad edildi
-
Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların fotosu - Yenilənib
-
Xətai və Suraxanıda qaz kəsiləcək
-
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
-
“Bakı – azadlıq vahəsi”: “Bloody Mary” – təxəyyülün, qroteskin və canlı emosiyaların teatrı - (Foto)
-
Metronun ən çox istifadə olunan stansiyası açıqlandı
-
“Muzeydə mühazirə” layihəsi çərçivəsində “Çağdaş sənətnədir? Müasir rəssam kimdir?” mövzusunda mühazirə keçirilib - (Foto)
-
"İndi də Namiq Qaraçuxurlu ilə duet oxumaram"
-
Bakı–Qazax yolunda məhdudiyyət olacaq: İki marşrut avtobusunun hərəkət sxemi dəyişdirilir
-
Milyonçu Bəxtiyar Dalinin zorlamaq istədiyi deyilən qadın müğənni imiş - Yenilənib
-
“AVAZ-7” Televiziya Muğam Müsabiqəsinin növbəti buraxılışı şəhid gizir Səbuhi Əhmədovun əziz xatirəsinə həsr olunub - (Foto)
-
Avtomatla atəş açan hərbçinin məhkəməsi başa çatdı
-
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
-
Azərbaycanda bu körpü tam bağlanır
-
Asiyada ikinci NATO yaratmaq istəyirlər





