"Putin demək olar heç kimi yaxınına buraxmır" - Ona görə də çantanı o aparmalı olub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən həftə Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Naftali Benneti Soçidəki iqamətgahında qəbul edib. Bu danışıqlar beş saata yaxın çəkib və təbii ki, orada nələrin müzakirə olunduğu açıqlanmayıb. Tərəflər ümumi ifadələrlə kifayətləniblər. Amma İranın nüvə proqramları və Suriya ilə bağlı müzakirələrin aparıldığı şübhə doğurmur.
Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, görüşdə İsrail baş nazirini tikinti naziri Zeev Elkin müşaiyət edirdi. Nazirin görüş zamanı əlində tutduğu iri çanta KİV-lərin və sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib, həmin çantanın içində nə ola biləcəyinə dair müxtəlif versiyalar səslənib.
Zeev Elkin özü bu barədə İsrail KİV-lərinə danışıb və deyib ki, çantada "havadan çəkilmiş, hərbi xarakterli fotolar" və Putin üçün suvenir yer alırdı:
-Paketdə Rusiya prezidenti üçün suvenir və hərbi xarakterli fotolar yer alırdı, hansı ki, təhlükəsizlik məsələlərinin müzakirəsi üçün bu fotolar zəruri idi. Fotolar İsrail üçün vacib olan məsələlərin müzakirəsinə kömək etdi, onların bir hissəsi Rusiya prezidentində qaldı.
Nazir məhz hansı fotolardan söhbət getdiyini dəqiqləşdirməyib, amma ekspertlər ehtimal edirlər ki, fotolarda Suriya ərazisindəki İran hərbi obyektləri əks olunmuşdu.
Zeev Elkin İsrail nümayəndə heyətini tərcüməçi qismində müşaiyət edib. O bildirir ki, Putinlə Bennet arasında baş tutan bu ilk görüşdə onların arasında yaxşı münasibətlər formalaşdı, hətta Putin İsrail baş nazirini evinə dəvət etdi.
-Demək lazımdır ki, Putin bizə öz iqamətgahını göstərdi, sonra Benneti özünün şəxsi evinə dəvət etdi, bu da kifayət qədər gözlənilməz jest idi,-nazir bildirib.
İsrail naziri deyib ki, koronavirusa görə Putin demək olar heç kimi yaxınına buraxmır, ona görə də Naftali Bennetin köməkçilərindən heç biri bu görüşdə iştirak etmirdi. Nəticədə içərisində fotolar və suvenir olan çantanı o aparmalı olmuşdu.
Zeev Elkin danışıqların "praktiki nəticələrinin" olduğunu vurğulayıb, bildirib ki, bu nəticələr açıqlanmayacaq.
-Lakin şübhəsiz ki, nəticələr var. Həm İranın nüvə proqramlarına dair, həm Suriyadakı situasiyaya dair praktiki razılaşmalar əldə edilib. Məhz buna görə də görüş kifayət qədər uzun çəkdi. Əvvəlcə planlaşdırılmışdı ki, görüş iki saat olacaq, amma beş saat çəkdi. Çox ətraflı və əhatəli müzakirələr aparıldı.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bir vəkil kollegiyadan çıxarıldı, ikisinə töhmət verildi
-
Azərbaycan onu Türkiyəyə təhvil verdi
-
25 yaşlı türk futbolçu vəfat etdi - (Foto)
-
“Səhər tezdən bunun şahidi oldum” - Zaur Baxşəliyevi kövrəldən an - (Video)
-
Bakı-Sumqayıt yolunda ağır qəza - Avtomobillər aşdı - (Video)
-
Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
-
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
-
Bakıda skuterdən yıxılan kişi öldü
-
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Ayın 24-də leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək
-
Pakistanda nazir silahlı şəxslər tərəfindən qaçırıldı
-
Tacir Şahmalıoğlu əməliyyatdan sonra ilk dəfə paylaşım etdi - (Video)
-
Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib - (Foto)
-
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlandı
-
Azərbaycan Qran-Prisi: İsak Hadjar yarışlara qayıdır
-
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetinə görə 1 milyon manat alıb? - Açıqlama
-
Ceyran Rəhimova illər sonra bu kanalda aparıcılıq edəcək
-
Azərbaycanda tanınmış idmançı tutuldu
-
Martin Ryan əfv edilib
-
İrem Derici: "Dünyanın ən yaxşı anası olaram"
-
Prezident İlham Əliyev əfv Sərəncamı imzalayıb
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)





