Rusiya

Rusiyada daha 984 nəfər koronavirusdan ölüb

13 Oktyabr 2021 20:48
0 Şərh     Baxış: 1 021
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyada koronavirus infeksiyasından gündəlik ölüm hallarında ard-arda ən yüksək göstəricilər qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, son sutka ərzində ölkədə 984 nəfər vəfat edib. Bir gün əvvəl 973 ölüm faktı qeydə alınmışdı.

Bu günədək Rusiyada koronavirusdan ölənlərin sayı 219 329 nəfərə çatıb.

Eyni zamanda son sutka ərzində 28 717 nəfər koronavirusa yoluxub. Bu günədək Rusiyada virusa yoluxanların sayı 7,86 milyon nəfəri keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.