Rusiya

Buz savaşında Rusiyaya məğlub oluruq - Dans

2 Oktyabr 2021 15:52
0 Şərh     Baxış: 1 173
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Arktikada resursların inkişaf etdirilməsində Rusiyadan xeyli geri qalıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Arktik Araşdırma Komissiyasının keçmiş üzvü Tomas Dansın nüfuzlu "Hill" nəşrində yayılan məqaləsində bildirilib.

O qeyd edib ki, Soyuq müharibəni qazansalar da, "Buz savaşı"nda məğlub olurlar:

"ABŞ-dan fərqli olaraq, Rusiya Arktika bölgəsində fəaliyyətini yüksək templə davam etdirib. Bu fəaliyyət isə gələcəkdə Moskvaya böyük gəlirlər verəcək".

Arktikada Ağ Evin infrastrukturu üçün maliyyələşdirilməni qeyri-kafi hesab edən Dans Rusiya donanmasının üstünlüyünə diqqət çəkib və Rusiyanın daha çox nüvə buzqıranlarına sahib olduğunu vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.