Rusiya Müdafiə Nazirliyi SSRİ ilə ABŞ arasında "soyuq müharibənin" ən pik nöqtəsi sayılan Karib adaları böhranı zamanı həlak olan sovet əsgərlərinin sayını açıqlayıb.
Milli.Az Report-a istinadən xəbər verir ki, bu rəqəmlər ilk dəfə dərc olunur.
Nazirliyin məlumatına görə, 1962-ci ilin avqustun 1-dən 1964-cü ilin avqustun 16-dək Kubada keçirilən əməliyyatlar zamanı SSRİ-nin 64 vətəndaşı həlak olub.
Müdafiə Nazirliyinin həmin hadisələrlə bağlı şərhində qeyd olunub ki, Kubada sovet raketlərin yerləşdirilməsi ABŞ-ın İtaliya və Türkiyədə öz raketlərini yerləşdirilməsinə və Kubaya hücum etməsinə qarşı cavab addımı olub.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində