Rusiya

Moskvaya 600-dən çox dronla hücum: Ölən və yaralılar var - (Foto)

16 Avqust 2026 11:02
Baxış: 285
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiyanın Moskva vilayəti son zamanların ən kütləvi dron hücumlarından birinə məruz qalıb, Podolskda üç nəfər xəsarət alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov özünün "Telegram" kanalında bildirib.

"Gecə ərzində Domodedovo, Podolsk, Stupino, Odintsovo, Naro-Fominsk, Ramenskoye, Çexov, Kolomna, Kaşira və Yeqoryevskdə 187 pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib. Podolskda üç nəfərə tibbi yardım tələb olunub",- deyə o qeyd edib.

Qubernatorun sözlərinə görə, Moskva vilayətində gecə PUA hücumu nəticəsində, həmçinin bir nəfər həlak olub:

"Təəssüf ki, Ramenskoye bələdiyyə dairəsində gecə PUA hücumu nəticəsində 83 yaşlı kişi həlak olub. Kaşirada polis şöbəsinin yeni binasına ziyan dəyib, Voskresenskdə isə sənaye obyektinin bəzi qurğuları zədələnib. Domodedovoda dərman anbarında yanğın baş verib, - deyə o əlavə edib.

Bundan əlavə, Podolsk şəhərində "Wildberries" anbarında yanğın baş verib. Qubernator əlavə edib ki, hücum zamanı bütün əməkdaşlar sığınacağa çıxarılıb. Xəsarət alan yoxdur.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.