Rusiya

Bolonya sistemi ləğv olunur - bu ölkədə

29 Yanvar 2026 20:25
Baxış: 305
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2026-cı il sentyabrın 1-dən etibarən Rusiyada ali təhsil sistemində dəyişiklik ediləcək.

Milli.Az xəbər verir ki, bakalavr və magistr pillələri ləğv olunacaq, onların yerinə baza və ixtisaslaşmış ali təhsil sistemi tətbiq ediləcək. Dəyişikliklər 2026-2027-ci tədris ilindən universitetə qəbul olan abituriyentlərə şamil ediləcək, hazırda təhsil alan tələbələr isə mövcud proqramlar üzrə təhsillərini başa vuracaqlar.

Dövlət Dumasının Elm və Ali Təhsil Komitəsi sədrinin birinci müavini Kseniya Qoryaçevanın sözlərinə görə, baza ali təhsil ixtisasdan asılı olaraq 4-6 il, ixtisaslaşmış ali təhsil isə 1-3 il müddətində davam edəcək. Yeni sistem peşəkar, idarəetmə və tədqiqat yönümlü yenilənmiş magistr proqramı formatında olacaq.

Qoryaçeva bildirib ki, daha əvvəl əsas ixtisas proqramını bitirən məzunların dövlət tərəfindən maliyyələşdirilən magistr yerlərinə müraciət etməsinə qoyulan məhdudiyyət aradan qaldırılıb və artıq bütün məzunlar bu yerlər uğrunda rəqabət apara biləcəklər.

Qeyd edək ki, Bolonya sisteminin dəyişdirilməsi ilə bağlı müzakirələr 2022-ci ildən aparılır. Keçid modeli hazırlanıb və ilkin mərhələdə altı universitetdə pilot layihə kimi tətbiq olunub. Hazırda bu modelin daha geniş miqyasda tətbiqi nəzərdə tutulur. 

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.